AZ

Ağdam və Ağdərədə yanan ərazidə mina partlayışı OLDU - Alov kəndlərə yayıldı

Xəbər verdiyimiz kimi Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, yanğın baş verən ərazilərdə mina partlayışları baş verib.

Alov Qazançı və Sırhavənd kəndləri ətrafındakı əraziləri bürüyüb.

Fövqəladə halların əməkdaşları mina təhlükəsini nəzərə alaraq yanğını söndürmək işlərini davam etdirirlər.

Bizim.Media

Seçilən
81
1
bizim.media

2Mənbələr