GÖYGÖL, 22 iyul. TELEQRAF
Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2007-ci il təvəllüdlü Həqiqət Hacıyevanı avtmobil vurub.
18 yaşlı qız Gəncə şəhərindəki xəstəxanalardan birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.