Bakı. Trend:
ABŞ və Filippin arasında yeni ticarət müqaviləsi imzalanıb.
Trend xəbər verirki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"platformasında paylaşım edib.
Trampın sözlərinə görə, Filippin Prezidenti kiçik FerdinandMarkosun Vaşinqtona səfərindən sonra ölkələr arasında "açıq bazarvə sıfır tariflər" prinsiplərinə əsaslanan ticarət sazişibağlanıb.
"Filippin 19% tarif ödəyəcək. Bundan əlavə, biz hərbi sahədəəməkdaşlıq edəcəyik", – deyə Tramp bildirib.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən idxalolunan məhsullara rüsumlar tətbiq ediləcəyini elan etmişdi. Buqərara əsasən:
10%-lik universal tariflər aprelin 5-dən,
Fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.
Eyni zamanda bəzi cavab tarifləri 90 gün müddətinə dayandırılıbvə bu dövrdə yalnız 10%-lik universal tarif tətbiq olunur.
İyulun 7-də Tramp ticarət sövdələşmələri üçün son tarixi iyulun9-dan avqustun 1-nə qədər dəyişdirən sərəncam imzalayıb.
İyulun 9-da isə Tramp Filippin prezidentinə məktub göndərərəkavqustun 1-dən etibarən əlavə məhdudiyyətlərin tətbiq ediləcəyinibildirib.
Yeni müqavilə çərçivəsində tərəflər iqtisadi və hərbiəməkdaşlığı daha da dərinləşdirməyə razılaşıblar.