BAKI, 22 iyul. TELEQRAF
"Kansai Electric Power"energetika şirkəti Yaponiyada 14 il əvvəl baş verən Fukusima faciəsindən sonra dayandırılmış "Mihama" nüvə reaktorunun yaradılmasıüzrə işləri bərpa edir.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" (FT) xəbər verir.
"Kansai Electric"-in prezidenti Nodzomu Mori bildirib: "Yaponiya kimi resurs baxımından yoxsul ölkədə, xüsusilə yeni sənayelər böyüdükcə, fasiləsiz enerji təchizatını necə təmin etmək barədə düşünməliyik".
Yaponiya hökuməti 2040-cı ilə qədər öz elektrik enerjisinin 20%-ni nüvə enerjisindən təmin etməyi qarşısına məqsəd qoyub.