AZ

Paşinyan sabah Rusiyaya gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya işgüzar səfərə gedəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindəki mənbə “İnterfaks”a bildirib.

“Cümə axşamı Rusiyaya səfər planlaşdırılıb”, - deyə o, aydınlaşdırıb.

İyulun 24-25-də Paşinyanın Altayda ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə həsr olunacaq konfransda iştirakı gözlənilir.

T.İSMAYIL

Seçilən
57
redaktor.az

1Mənbələr