AZ

Yekaterinburqda azərbaycanəsilli iş adamı saxlanılıb

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanəsilli iş adamı Elvin Şükürov saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Yekaterinburq İctimai Palatasının üzvü Dmitri Çukreyev öz "Telegram" kanalında məlumat paylaşıb.

Onun Pervouralsk rayonunda saxta alkoqollu içkilərin istehsalı və qablaşdırılması üzrə yeraltı sexin fəaliyyəti ilə məşğul olduğu iddia edilir.

İstintaqın tələbi ilə Elvin Şükürov istintaq təcridxanasına göndərilib.

O, Rusiya Cinayət Məcəlləsinin "Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda markalanmamış spirtli içkilərin satışı məqsədilə istehsalı, saxlanması, daşınması" maddəsi ilə ittiham olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
159
2
oxu.az

3Mənbələr