Çin Kubaya tikinti maşınları ixracını artırıb.
Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.
Tikinti maşınlarının artımı Kubanın infrastruktur layihələri üzrə tələbatını ödəməyə yönəlib. Kubaya ixracda beton qarışdırıcılar, qazma maşınları diqqət çəkir. Çin Kubadan alışında
şəkər, siqaret, dərman preparatları üstünlük təşkil edir.
Dünyada artan siyasi gərginliklər fonunda Çin-Kuba münasibətləri inkişaf edir. İdxal-ixrac şirkətləri yeni imkanlardan istifadə etməyə başlayıb.