Rusiya hava hücumundan müdafiə sistemləri Tula vilayəti səmasında pilotsuz uçuş aparatını (PUA) vurub...
Poliqon xəbər verir ki, bu barədə qubernator Dmitri Milyaev Telegram kanalında məlumat verib.
"Ölənlər olmayıb. Binalara və ya infrastruktura heç bir ziyan dəyməyib", deyə o yazıb.
Milyaev xəbərdarlıq edib ki, bölgə PUA hücumları riski altında qalır.
Bundan əvvəl Müdafiə Nazirliyi saat 21:00-dan 23:40-dək Bryansk vilayətində 28, Kursk vilayətində 10, Rostov vilayətində 6, Oryol vilayətində 4 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirmişdi. Kaluqa, Tula və Lipetsk vilayətlərinin hər birində bir pilotsuz uçuş aparatı məhv edilib.
Poliqon.info