Bakı. Trend:
Almaniya Ukraynaya iki “Patriot” hava hücumundan müdafiə sistemiverməyə hazırdır, lakin bu, həmin sistemlərin tez bir zamanda əvəzolunması şərti ilə mümkündür.
Trend “Tagesschau”xəbər xidmətinə istinadla bildirir ki, bunu Almaniyanın müdafiənaziri Boris Pistorius bəyan edib.
“Mövcud sistemlərimizdən ikisini verə bilərik, amma yalnız ohalda ki, onları təxminən 6-8 ay ərzində etibarlı şəkildə yenidənəldə edəcəyimizə dair zəmanət olsun”, – deyə nazir bildirib.
Boris Pistorius bu mövqeyini Bundesverin döyüş və təlimqabiliyyətinin qorunması ilə əsaslandırıb. Onun sözlərinə görə,Almaniya bu iki sistemi maliyyələşdirməyə hazırdır. Nazir əlavəedib ki, Norveç və daha bir ölkə də maliyyə dəstəyi göstərməyərazılıq verib.
“Bu, ümidsiz məsələ deyil. Amma bunun baş tutması üçün həminsistemlərə sahib ölkələr onları dərhal verməyə razı olmalıdır ki,digərləri onları maliyyələşdirə bilsin və sistemlər Ukraynayagöndərilsin”, – deyə Pistorius vurğulayıb.