AZ

ÇL: “Dinamo”, “Malmö”, “Slovan” və “Lex”dən darmadağın

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 13 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri – Şimali Makedoniyanın “Şkendiya” və Rumıniyanın “Styaua” komandaları da ilk görüşə çıxıblar. Matç “Şkendiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, ÇL-də mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq “Qarabağ” İrlandiyanın “Şelburn” komandası ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
22 iyul

KuPS (Finlandiya) – Kayrat (Qazaxıstan) 2:0

Linkoln (Cəbəllütariq) – Srvena Zvezda (Serbiya) 0:1

Noa (Ermənistan) – Ferentsvaroş (Macarıstan) 1:2

Kopenhagen (Danimarka) – Drita (Kosovo) 2:0

Hamrun (Malta) – Dinamo (Kiyev, Ukrayna) 0:3

Pafos (Kipr) – Makkabi (Təl-Əviv, İsrail) 1:1

Viktoriya (Plzen, Çexiya) – Servett (İsveçrə) 0:1

RFS (Latviya) – Malmö (İsveç) 1:4

Şkendiya (Şimali Makedoniya) – Styaua (Rumıniya) 1:0

Slovan (Slovakiya) – Zrinski (Bosniya) 4:0

Lex (Polşa) – Breydablik (İslandiya) 7:1

Reyncers (Şotlandiya) – Panatinaikos (Yunanıstan) 2:0

Riyeka (Xorvatiya) – Ludoqorets (Bolqarıstan) 0:0

Seçilən
71
arena.az

1Mənbələr