Bakı. Trend:
ABŞ-nin "General Motors" avtomobil konserni 2025-ci ilin ikincirübündə dünya üzrə 1 milyon 539 min avtomobil satıb, bu satışdan47,1 milyard dollar gəlir əldə olunub. Bu göstərici ötən ilin eynidövrü ilə müqayisədə 2% azalma deməkdir.
Trend xəbər verirki, bu barədə məlumat konsernin rüblük maliyyə hesabatında yeralıb.
Hesabata əsasən, ikinci rübdə xalis mənfəət 34% azalaraq 1,9milyard dollara enib. Bu azalmanın əsas səbəblərindən biri ABŞPrezidenti Donald Trampın idxal rüsumlarını artırmaq qərarı olub.Yeni rüsumların GM-ə 1,1 milyard dollar zərər vurduğu qeydedilir.
Rüblük nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri 3,3%ucuzlaşıb.