AZ

Xristian mərkəzinin direktoru duş qəbul edən məktəbli qızları izləyirmiş

BAKI, 23 iyul. TELEQRAF

ABŞ-nin Pensilvaniya ştatında xristian gənclərmərkəzinin sabiq direktoru məktəbli qızların duş otağında pusduğu üçün həbs edilib.

Teleqraf xəbər verir ki, məlumatıWNEP-TV yayıb.

51 yaşlı Daniel Rid 2024-cü ilin dekabrında keçmiş tələbəsi onu cinsi qısnamada ittiham etdikdən sonra 13 il işlədiyi gənclər mərkəzindən qovulub. İddialara baxmayaraq, o, cinayət məsuliyyətinə cəlb edilməyib.

Mərkəzdə işləyərkən D.Rid həmişə ofisinin qarşısındakı kiçik otağı bağlı saxlayır və heç kimi içəri buraxmırmış. İşdən çıxarıldıqdan bir neçə ay sonra işçilər keçmiş direktorun masasından həmin otağının açarını tapıblar. Məlum olub ki,güzgünün arxasına keçən divarda qızların duş kabinəsində açılmış kiçik dəlik varmış. Ridin duş qəbul edərkənməktəbli qızları izlədiyi və onları gizli kamera ilə lentə aldığı iddia olunur.

Seçilən
59
teleqraf.com

1Mənbələr