Bakı. Trend:
2025-ci ilin əvvəlində Kaliforniya ştatında baş vermiş iki böyükmeşə yanğını nəticəsində 31 nəfər həyatını itirib, 16 200-dən çoxtikili məhv olub.
Trend xəbər verirki, bu fəlakətlər yalnız ABŞ tarixində deyil, həm də dünyamiqyasında ən çox iqtisadi ziyana səbəb olan yanğınlar kimiqiymətləndirilir.
Ümumi zərərin həcmi 65 milyard dolları keçib.
Qeyd edək ki, 2018-ci ildə Kaliforniyada baş verən yanğınlar daölkəyə 13 milyard dollar ziyan vurmuşdu və uzun müddət ABŞtarixində ən dağıdıcı yanğınlar siyahısında birinci yerdə idi.Lakin 2025-ci ilin fəlakətləri bu göstəricini dəfələrləüstələyib.