Bakı. Trend:
Florida Universitetinin alimləri xərçəngə qarşı immun sistemiaktivləşdirə bilən yeni eksperimental mRNT vaksini yaradıblar.
Trend xəbər verirki, bu barədə “NewAtlas” məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, bu peyvənd müəyyən bir şişnövünə qarşı deyil, ümumilikdə xərçəng hüceyrələrinin tanınması vəməhv edilməsinə yönələn immun cavabı gücləndirir.
Vaksin daha əvvəl aqressiv beyin şişi – qlioblastoma ilə bağlısınaqlarda effektivlik göstərib. Sonrakı mərhələlərdə tədqiqatçılardərmanı dəri, beyin və sümük xərçəngi də daxil olmaqla, müxtəlifxərçəng növləri ilə xəstə siçanlar üzərində sınaqdan keçiriblər.Bəzi hallarda şişlər əlavə müalicəyə ehtiyac olmadan yoxaçıxıb.
Araşdırmaçılar bildirirlər ki, vaksin COVID-19-a qarşı mRNTtexnologiyası ilə eyni prinsiplə işləyir: bədənə xüsusi mRNTtəlimatları verilir, hüceyrələr bu təlimatlar əsasında zülallaristehsal edir və immun sistemi bu zülallar vasitəsilə şişhüceyrələrini tanıyıb məhv edir.
Hazırda peyvənd heyvanlar üzərində sınaq mərhələsindədir, lakinnəticələr gələcəkdə insanlarda klinik sınaqlar üçün mühüm əsasyaradır.