AZ

ÇL: "Qarabağ"ın potensial rəqibləri ilk oyuna çıxdı

Çempionlar Liqasının II təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sı doğma meydanda Rumıniya FKSB-si ilə qarşılaşıb.

Operativ Media xəbər verir ki, matç Makedoniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü iyulun 30-da keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" İrlandiya "Şelburn"unu üstələyəcəyi təqdirdə, bu cütün qalibi ilə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək.

Seçilən
66
operativmedia.az

1Mənbələr