Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri evdə ailəvi olaraq yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ümumilikdə bir ailədən ikisi uşaq olmaqla 8 nəfər zəhərlənib.
Onlar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırıblar.
Onlara ilkin tibbi yardım göstərilib.Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.
Zəhərlənən şəxslərin adları məlum olub. Bunlar rayonun Cəyli kənd sakinləridir:
2020-ci il təvəllüdlü Xəlilov Əli Coşqun oğlu
2013-cü il təvəllüdlü Xəlilov Ömər Coşqun oğlu
1986-cı il təvəllüdlü Şükürova Asudə Əşrəf qızı
1997-ci il təvəllüdlü Şükürov Famil Habil oğlu
1974-cü il təvəllüdlü Şükürova Şamama Əjdər qızı
2008-ci il təvəllüdlü Şükürova Şəbnəm Qabil qızı
1994-cü il təvəllüdlü Şükürova Şəlalə Habil qızı
1977-ci il təvəllüdlü Şükürov Qabil İsgəndər oğlu.
Bizim.Media, Aran bürosu