İranlı futbolçu Mehdi Taremi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu "İnter"in planlarında deyil. Bu səbəbdən futbolçu bir neçə ingilis klubuna təklif olunub. Bu klublardan "İnter"ə rəsmi təklif göndərən hələ ki yoxdur. Bu barədə məşhur insayder Nikolo Skira məlumat yayıb.
Qeyd edək ki, Mehdi Taremi 2024-cü ildən "İnter"in formasını geyinir. O, illik 3,5 milyon avro məvacib əldə edir.