NAFTALAN, 23 iyul. TELEQRAF
Naftalan şəhərində müalicəvə istirahət sanatoriya mərkəzlərindən birinin işçisi vəfat edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Naftalan şəhər sakini 1970-ci il təvəllüdlü Hüsaməddin Abbasov iş başında ölüb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.