ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
İran, Rusiya və Çin Tehranda nüvə danışıqları və İrana qarşı sanksiyaları müzakirə ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat verib.
İran, Rusiya və Çinin yüksək səviyyəli diplomatları Tehranda ABŞ və Avropa arasında İranla nüvə danışıqları və İrana qarşı sanksiyalar məsələsini müzakirə etmək üçün üçtərəfli görüş keçirib.
Xarici İşlər Nazirliyinin baş direktorları səviyyəsində keçirilən görüşdə tərəflər üç ölkə arasında müxtəlif səviyyələrdə belə görüşlərin qarşıdakı həftələrdə də davam etdirilməsi barədə razılığa gəliblər.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.