AZ

Mask böyük siyasətə GERİ DÖNÜR

Mmilyarder İlon Mask gələcəkdə böyük siyasətə qayıdıb hökumətdə vəzifə tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" vəziyyətlə tanış olan adı açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.

“Mask əvvəllər Hökumətin Səmərəliliyi Departamentindəki (DOGE) işi ilə əlaqədar ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi vəzifəsində çalışıb və gələcəkdə də oxşar vəzifələrdə çalışa bilər, onlara xeyli vaxt və enerji sərf edə bilər”, - nəşr qeyd edir.

Maskın siyasətə mümkün qayıdışı "SpaceX" şirkətinin müvafiq sənədlərinə rəsmi risk faktoru kimi əlavə olunub. Bu barədə investorlar xəbərdar edilib. Mənbələrin bildirdiyinə görə, sənədlərdə bu cür ifadələr ilk dəfədir istifadə olunur.

Seçilən
22
publika.az

1Mənbələr