Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycanı hədələyib.
Publika.az xəbər verir ki, Zatulin bildirib ki, Rusiya prezident İlham Əliyevi sakitləşdirmək əvəzinə, Azərbaycanın daxili vəziyyətini diqqətlə nəzərdən keçirməlidir. O, bu barədə “Lenta.ru” ilə söhbətində danışıb.
Zatulin qeyd edib ki, Dağlıq Qarabağda baş verən bütün hadisələr nəticəsində Azərbaycan başqa səviyyəyə çatıb və artıq Rusiya ilə münasibətlərdə o qədər də maraqlı deyil. Deputatın fikrincə, ölkə rəhbərliyi bundan dərin nəticə çıxarmalıdır.
"Bu o demək deyil ki, biz də qışqırmağa başlamalıyıq və ya bazarlarımızda azərbaycanlı alverçilərə qarşı ümumi reyd təşkil etməliyik. Əksinə, biz Azərbaycanın daxili vəziyyətini diqqətlə düşünməliyik. Ermənistanda da baş nazir Paşinyanın xəyanətkar kursuna qarşı çıxanları dəstəkləməliyik".
Bu, onu göstərir ki, Rusiya Azərbaycanın müstəqil siyasi kursunu heç cür həzm edə bilmir, regionda sülh və sabitliyin yaranmasını qəbul etmir.