AZ

Qram qızıldan tarixi REKORD

ABŞ-da 1 avqustdan qüvvəyə minəcək yeni idxal tarifləri öncəsindəki qeyri-müəyyənlik, qızıl qiymətlərini rekord həddə yüksəltdi. Kapalıçarşıda bu gün qram qızıl 4 min 442 lirəyə çataraq tarixi zirvəsini gördü.

News24.az xəbər verir ki, Ons qızıldakı artım və dollar/TL məzənnəsindəki yüksəlişin təsiri ilə qram qızıl ardıcıl rekordlar qırır. Rəsmi satış qiyməti 4 min 452 lirə olan qram qızıl, Kapalıçarşıda 4 min 446 lirədən satılır.

Mütəxəssislərə görə, ticarət mübahisələrinə dair qeyri-müəyyənliklər və ABŞ Prezidenti Donald Trampın mövqeyi, qiymət artımının davam etməsinə zəmin yarada bilər.

Xeyrənsə Piriyeva

Seçilən
145
1
news24.az

2Mənbələr