AZ

Bu tarixdən sonra nağd pul LƏĞV OLUNACAQ

News24 portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniya hökuməti 2026-cı ilin yanvarından etibarən sosial yardımların nağd şəkildə verilməsinə son qoyacaq. Artıq bütün ödənişlər birbaşa şəxsi bank hesablarına köçürüləcək.

News24.az xəbər verir ki, xüsusilə 5,5 milyon vətəndaşa verilən "Bürgergeld" (vətəndaşlıq pulu) yardımını əhatə edən yeni sistem, hər kəsin şəxsi bank hesabına sahib olmasını məcburi edəcək. Məqsəd əməliyyatların təhlükəsizliyini artırmaq, bürokratik prosesi yüngülləşdirmək və nağd paylama xərclərini azaltmaqdır.

Çində və digər ölkələrdə də nağd puldan uzaqlaşma tendensiyası güclənir və bu, qlobal rəqəmsal keçidin bir hissəsi kimi dəyərləndirilir.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
115
3
news24.az

4Mənbələr