AZ

Bu ölkə Moskvanın hücumuna hazırlaşır: Rusiyadakı vətəndaşlarından görün nə tələb etdi

Polşa Rusiyada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumatat yayıb.

"Biz Rusiyada olan Polşa vətəndaşlarına, həyat, ailə və ya peşə şəraiti bu ölkənin ərazisində qalmalarını tələb etmədiyi halda, mövcud kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etməyi tövsiyə edirik", - Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bundan əlavə, nazirlik qeyd edib ki, Rusiya qanunvericiliyinə uyğun elan edilmiş və formal olaraq fəaliyyətini davam etdirən səfərbərlik Rusiya vətəndaşlığı olan Polşa vətəndaşlarına da təsir edə bilər.

"Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya xeyli çətinləşə və ya hətta qeyri-mümkün ola bilər", - XİN əlavə edib.

Seçilən
61
publika.az

1Mənbələr