Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı səviyyəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlandığını elan edib. Bu bəyanatı Barro Ukraynaya iki günlük rəsmi səfəri zamanı “FranceInter” radiosuna müsahibəsində deyib. J.Barronun sözlərinə görə, məqsəd Rusiyanın “hərb iqtisadiyyatını tükətmək” və Moskvanı atəşkəsə məcbur etməkdir.
Diplomat bildirib ki, yeni sanksiya paketi hazırlanır. Məqsəd döyüşlərin dayandırılması, danışıqlara dönüşün təmin olunmasıdır. O, Avropa İttifaqı iqtisadiyyatının Rusiyadan on dəfə böyük olduğunu vurğulayıb.
Mətləb Salahov