AZ

KL: "Zirə" "Hayduk"la üz-üzə

Bu gün daha bir təmsilçimiz avrokubok mübarizəsinə qoşulur.

Fanat.Az xəbər verir ki, "Zirə" UEFA Konfrans Liqasında ilk matçına çıxacaq.

"Qartallar" Bakıda Xorvatiyanın "Hayduk" klubunu qonaq edəcək.

"Neftçi Arena"da baş tutacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Rəşad Sadıqovun komandası FİFA referisi Xristos Vergetisin rəhbərliyi altında yunanıstanlı hakimlər briqadasının idarə edəcəyi görüşə ciddi itkilərlə çıxacaq. Azarkeşlər komandadan ayrılacağı gözlənilən Rafael Utziqi, həmçinin klubunu dəyişməyə qərar verən Salifu Sumanı meydanda görməyəcəklər. Yay fasiləsində Rüstəm Əhmədzadə, Pyer Zebli, Məqsəd İsayev və Yusuf Lavalla da yollar ayrılıb. Əvəzində Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradov, Abdulaziz Batibie və Vinsent Till qəsəbə təmsilçisinə transfer olunublar. 

Matçda ədaləti Yunanıstandan olan hakimlər briqadası qoruyacaq. Baş hakim Xristos Varqetisə Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru icra edəcək.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 31-də baş tutacaq.

UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul

19:30. "Zirə" - "Hayduk" (Xorvatiya)
Hakimlər: Xristos Varqetis, Andreas Fotopulos, Konstantinos Staykos, Anastasios Papapetru (hamısı Yunanıstan).
Bakı. 8-ci km stadionu ("Neftçi Arena")

Seçilən
25
fanat.az

1Mənbələr