AZ

Bu ölkədə quş qripinə yoluxma qeydə alınıb

Bakı. Trend:

Kamboca Səhiyyə Nazirliyi bir vətəndaşın H5N1 quş qripi virusunayoluxmasının qeydə alındığını bəyan edib.

Trend xəbər verirki, bu barədə “Khmer Times” nəşri yazır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, H5N1 virusuna yoluxanşəxs ölkənin cənub-şərqində yerləşən Tbonqhmun əyalətindən olan 6yaşlı uşaqdır.

Azyaşlının xəstəxanada ciddi nəzarət altında müalicə aldığı vəona bütün lazımi tibbi dəstəyin göstərildiyi bildirilir.

2025-ci ildə bu ölkədə ümumilikdə 13 quş qripinə yoluxma halıqeyd alınıb ki, onlardan beşi letal sonluqla nəticələnib.

Xatırladaq ki, 2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı yeniH5N1 virusu dalğasının gözlənildiyi ilə bağlı xəbərdarlıq etmiş vəpandemiyanın qarşısını almaq üçün ölkələrin səhiyyə qurumlarınıepidemoloji nəzarət, məlumat mübadiləsi və elmi və tibbiməlumatların mübadiləsi ilə bağlı tədbirləri gücləndirməyəçağırmışdı.

Məqalədə:
Seçilən
91
3
az.trend.az

2Mənbələr