ABŞ rəsmisinin açıqlamasına görə, İsrail və Suriya arasında gözlənilən görüş 25 iyul cümə axşamı baş tutacaq. Vaşinqton bu danışıqlarda vasitəçilik missiyasını yerinə yetirəcək.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
İddialara görə, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrack görüşlərə rəhbərlik edəcək. Danışıqların detalları hələlik açıqlanmasa da, prosesin diplomatik gərginliyin azaldılmasına yönəldiyi bildirilir.
Xeyrənsə Piriyeva