
Rus ordusu Ukrayna cəbhəsinin müəyyən hissələrində, xüsusən Sumı vilayətinin şimalında, Donetsk vilayətinin Liman şəhəri istiqamətində, eləcə də Pokrovsk rayonunda irəliləyib.
Reyting.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Geolokasiya rusların Sumı vilayətinin şimalındakı Voraçino qəsəbəsi ərazisində irəlilədiyini təsdiqləyib. Eyni zamanda, qəsəbəyə tam nəzarət barədə məlumat hələlik təsdiqini tapmayıb.
Ruslar Liman istiqamətində hücum əməliyyatlarını gücləndirib, Lipoveni tutub və oradan cənub-qərbə doğru irəliləyiblər.
Ruslar Zvirovo, Pesçanoye, Razino yaşayış məntəqələri və Pokrovsk yaxınlığında da hücumdadırlar.
Analitiklər bildirir ki, Müdafiə Qüvvələri əsas mövqeləri tutur və vəziyyətə nəzarət edir.
ISW həmçinin rus qoşunlarının Çasovıy Yar yaxınlığında və Popovı Yar bölgəsində də irəliləyişləri barədə məlumat verir. Eyni zamanda, Ukrayna bölmələri də bu istiqamətdə, xüsusən Diliyevka yaxınlığında uğur qazanıb.
Cənub istiqamətində rus qoşunları bu yaxınlarda Zaporojya bölgəsindəki Mala Tokmaçkadan şimal-şərqə doğru irəliləyib. İşğalçılar Xerson vilayətində hücum əməliyyatları həyata keçirsələr də, heç bir irəliləyiş əldə edə bilməyiblər.
E. KAMAL