AZ

Baş prokuror ədliyyə mayoruna vəzifə verdi

BAKI, 23 İyul. TELEQRAF

Respublika Hərbi Prokurorluğunda kadr islahatı aparılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Baş prokuror Kamran Əliyevin əmri ilə ədliyyə polkovnik-leytenantı Tural Xantəmirov Lənkəran hərbi prokurorunun müavini vəzifəsindən azad edilib.

Digər əmrlə ədliyyə mayoru Azər Məmmədov həmin vəzifəyə təyinat alıb.

Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.

Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-Hərbi prokuror təyin edilib.

Seçilən
59
teleqraf.com

1Mənbələr