AZ

“Mirage 2000” təyyarəsi QƏZAYA UĞRADI

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 22 iyul axşamı Volın vilayətində “Mirage 2000” qırıcı təyyarəsi uçuş zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Pilotun vaxtında xəbərdarlıq edərək katapult etməsi nəticəsində xəsarət almadan sağ qaldığı bildirilib.

Bu barədə News24.az TASS-a istinadən xəbər verir. 

Qəzanın baş verdiyi “Mirage 2000” qırıcıları Fransa tərəfindən Kiyevə təhvil verilmişdi. Rəsmi say açıqlanmasa da, mediada bu sayın altını keçmədiyi qeyd olunur.

Rusiya XİN nümayəndəsi Mariya Zaxarova daha əvvəl bu təyyarələrin döyüşlərin gedişinə ciddi təsir etməyəcəyini və hədəfə çevriləcəyini bildirmişdi.

Xeyrənsə Piriyeva

Seçilən
59
news24.az

1Mənbələr