Bakı. Trend:
“Chainalysis”in son hesabatına görə, ilin ilk yarısında dünyaüzrə ümumilikdə 2,17 milyard dollar dəyərində kriptovalyutaoğurlanıb. Bu işin arxasında isə Şimali koreyalı hakerlərdayanır.
Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.
Kibercinayətkarlar təkcə bir hücumla 1,4 milyard dollarlıqkriptovalyuta ələ keçirməyə nail olublar. ABŞ Federal TəhqiqatlarBürosunun (FBI) məlumatına görə, Şimali Koreya ilə əlaqəli hakerlər“Bybit” adlı kriptovalyuta birjasına hücum edərək, nəhəng məbləğdərəqəmsal aktiv əldə ediblər.
Oğurlanmış vəsaitin əhəmiyyətli hissəsinin çirkli pullarınyuyulması yolu ilə Pxenyan hökumətinə aid hesablara ötürüldüyübildirilir.
“Chainalysis” bu hücumların Şimali Koreyanın uzun müddətdirdavam etdirdiyi kiberəməliyyatların tərkib hissəsi olduğunu qeydedib. Hesabatda vurğulanır ki, Şimali koreyalı haker qrupları rejimüçün daha kritik rol oynamağa başlayıb. Bu qruplar sanksiyalardanyayınmaq üçün istifadə olunan əsas vasitələrdən birinəçevrilib.