Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri iləbağlı növbəti qərar barədə məlumatı 2025-ci il sentyabr ayının10-da ictimaiyyətə açıqlayacaq.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbətiqərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxilirisk amillərinin dinamikasından asılı olaraq veriləcək.
"Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etməküçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davamedəcək", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarəHeyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndiazaldılıb. Uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faizdəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib.