AZ

Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü

Azərbaycan Ordusunun zabiti özünü güllələyib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Kəlbəcər rayonunda yerləşən 'N" saylı hərbi hissələrinin birində baş verib.

Əslən Ağcabədi rayonundan olan leytenant Qasımov Azad Ziyad oğlu xidmət etdiyi hərbi hissədə tabel silahı ilə özünə atəş açıb. O, aldığı güllə yarasından vəfat edib.

İddiaya görə, A.Qasımovun müxtəlif şəxslərə xeyli miqdarda borcu varmış. O, borcunu ödəyə bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir.

Mərhum bu gün doğulduğu kəndin qəbiristanlığında dəfn olunacaq.

A.Qasımov ailəlidir, bir övladı var.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
99
40
teleqraf.com

10Mənbələr