Almaniya hökuməti 40 ədəd “Eurofighter” qırıcısının Türkiyəyə tədarükünə razılıq verib.
Operativ Media xəbər verir ki, bu barədə “Şpigel“ qəzetində məlumat verilib.
Bu barədə qərar Almaniyanın Federal Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.
Qeyd edək ki, Türkiyə bir müddətdir “Eurofighter” qırıcılarının alınması ilə bağlı Avropa ölkələri ilə danışıqlar aparır.