AZ

Rusiya Hərbi Dəniz Qüvvələrinin genişmiqyaslı təlimləri başlayıb

İyulun 23-dən 27-dək Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Aleksandr Moiseyevin rəhbərliyi altında Sakit və Şimal Buzlu okeanların, Baltik və Xəzər dənizlərinin akvatoriyalarında Şimal, Sakit okean, Baltik və Xəzər dənizi flotiliyalarının iştirakı ilə “İyul tufanı” əməliyyat təlimi keçiriləcək.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, təlimdə donanma və flotiliyanın güc qruplarının (qoşunlarının) qeyri-standart əməliyyat tapşırıqlarının həllinə, uzaqmənzilli yüksək dəqiqlikli silahlardan, pilotsuz sistemlərdən, qabaqcıl və müasir silah və hərbi texnikadan hərtərəfli istifadəyə hazırlığının yoxlanılması planlaşdırılır.

Təlimlərə 150-dən çox hərbi gəmi və yardımçı gəmi, 120 uçan aparat, 10 sahil raket kompleksi, 950 hərbi və xüsusi texnika, 15 mindən çox hərbçi cəlb olunacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
94
herbiand.az

1Mənbələr