CƏLİLABAD, 23 iyul. TELEQRAF
Örüş sahəsinə tökülmüş vaxtı keçmiş çörək qalıqları iribuynuzlu heyvanların zərhərlənməsinə səbəb olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabadın Uzuntəpə kənd sakini Vüqar Hüseynovun təsərrüfatındakı iribuynuzlu heyvanlar örüş sahəsindən gəlikdən sonra bir heyvan qəfildən tələf olub.
Baytar həkimlərin müdaxiləsi ilə digər heyvanların ölümünün qarşısı alınıb.
Təsərrüfat sahibi iddia edir ki, heyavanları örüş sahəsinə xeyli miqdarda tökülmüş və vaxtı keçmiş çörək qalıqlarını yedikdən sonrabu hala düşüb. Hazırda sözügedən ərazidəki təhlükəli qidadan nə qədər heyvanın yediyi hələlik məlum deyil.
Faktla bağlı artıq polisə məlumat verirlib.