AZ

Mourinyo Portuqaliya millisi ilə 2030-cu ildə keçiriləcək dünya çempionatına getmək istəyir

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik etmək istədiyini bildirib.

Operativ Media xəbər verir ki, bu haqda baş məşqçi "Canal 11"ə müsahibəsində deyib.

"Dünya çempionatına istər Portuqaliya, istərsə də başqa ölkə ilə getmək istəyirəm. Amma düşünürəm ki, bu, Portuqaliya olmalıdır. Mən özümü Portuqaliya Futbol Federasiyasına təklif etmirəm, hər şey təbii şəkildə baş verməlidir. Bir gün belə olacaq!", - deyə o bildirib.

Seçilən
92
operativmedia.az

1Mənbələr