Azərbaycan millisinin sabiq üzvü Amil Yunanovun “Şəfa”dan ayrılacağı iddia edilir. Bir müddətdir mətbuatda və sosial şəbəkələrdə bununla bağlı xəbərlər dolaşır.
Yunanovun klubun gələcək planlarına daxil olmadığı bildirilirdi.
Ancaq yazılanlar həqiqətə uyğun deyil. Klub rəhbərliyi və məşqçilər heyəti onun çıxışından razıdır. Amil növbəti mövsüm də komandanın uğurları üçün çalışacaq.
Hətta bu yaxınlarda klubun prezidenti Sərdar Salmanzadə və baş məşqçi Elgiz Kərimli sosial şəbəkədə təcrübəli futbolçu ilə bərabər şəkil paylaşaraq, onun “Şəfa”da qalacağının mesajını verib.
İdmanxeber.az