AZ

İran, Rusiya və Çin arasında nüvə danışıqları aparıldı

BAKI, 23 iyul. TELEQRAF

İyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələri arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, görüşün əsas mövzusu İranın nüvə proqramı ilə bağlı yaranan problemlərin həlli olub.

Tərəflər razılaşıblar ki, bu məsələ ilə bağlı danışıqları davam etdirəcək və addımlarını birgə şəkildə koordinasiya edəcəklər.

Qeyd olunub ki, bu mövzuda yeni görüşlər yaxın həftələrdə keçiriləcək.

Seçilən
57
teleqraf.com

1Mənbələr