AZ

Vaşinqton sanksiyaları ləngidir

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson belə deyib.

“Ağ Evin 50 günlük müddət verdiyini nəzərə alsaq, düşünürəm ki, Nümayəndələr Palatası və Senat baş komandana, administrasiyaya, müdafiə nazirinə və Pentaqona etməli olduqlarına icazə verməliyik və bunun necə gedəcəyini görməliyk”,- siyasətçi vurğulayıb.

“Reuters” agentliyinin yazdığına görə, bəzi konqresmenlər daha sərt sanksiyalara, o cümlədən Rusiya neftini alan ölkələrdən mallara 500 faizlik gömrük rüsumunun tətbiqinə dair qanun layihəsinin qəbul edilməsində israrlıdırlar. Bu qanun layihəsi Trampın Rusiyanın ticarət tərəfdaşlarına 100 faizlik tariflərlə hədələdiyi ultimatumundan sonra təxirə salınıb.

Konqresin hər iki palatasındakı respublikaçıların liderlər prezidentin xeyir-duası olmadan sanksiyalar barədə heç bir qanun layihəsini səsverməyə çıxarmayacaqlarını təsdiqləyiblər.

“Bizə orada sülh lazımdır. Bu, çox uzandı. Çoxlu sayda günahsız insan ölür. Biz, ümumiyyətlə,Amerikanın buna gələcəkdə qarışmasını istəmirik”, - Mayk Conson bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
93
1
azvision.az

2Mənbələr