“Tottenhem” “Real”ın hücumçusu Rodriqo üçün yarışa qoşulub.
İdmanxeber.az-ın məlumatına görə, London klubu oyunçu üçün hərəkətə keçib. Yaxın günlərdə danışıqlara start götürəcək. Madrid klubu Braziliya millisinin futbolçusu üçün ən azı 100 milyon avro almaq istəyir.
2024/25 mövsümündə Rodriqo bütün yarışlarda 54 matçda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.