Rusiya ilə sülh müqaviləsini Volodimir Zelenski deyil, Ukraynanın yeni prezidenti imzalamalıdır.
Missiya.Az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson deyib.
“Düşünürəm ki, onun [Zelenskinin] vəzifəsindən kənarlaşdırılmasının aşkar səbəbləri var və bu, rusların danışıqlarda israr etdiyi və israr edəcəyi məqamlardan biridir”, - o qeyd edib.
Ekspertin fikrincə, yekun sazişi hazırkı dövlət başçısı imzalaya bilməz:
"Bu, həqiqətən xalq tərəfindən seçilmiş biri tərəfindən imzalanmalıdır. Zelenski hərbi vəziyyət elan etməklə öz səlahiyyət müddətini aşdı. O, heç olmasa Rusiyanın gözündə artıq legitim prezident deyil", - Conson izah edib.
Qeyd edək ki, bundan əvvəl Ali Radanın deputatı Oleksandr Dubinski də bildirib ki , Zelenski yenidən prezident seçkilərində iştirak edib qalib gələrsə, Ukrayna fəlakətlə üzləşəcək.
Nurlana Əhmədova
Missiya.Az