Xüsusi hərbi əməliyyat təcrübəsi göstərir ki, Rusiya ordusunun tankları döyüş xüsusiyyətlərinə görə ən müasir xarici modelləri belə üstələyir.
Herbiand.az bildirir ki, bu barədə “Rostex” dövlət korporasiyası məlumat yayıb.
Dövlət korporasiyasından bildirilib ki, tankın döyüş effektivliyinin hərtərəfli göstəricisi birbaşa və dolayı xüsusiyyətlər əsasında qiymətləndirilir. Birbaşa xüsusiyyətlərə hərəkətlilik, qorunma, atəş gücü, elektron avadanlıqların səviyyəsi və ekipajın situasiya məlumatlılığı daxildir. Dolayı göstəricilərə müxtəlif döyüş şəraitinə uyğunlaşma, çox yönlülük, davamlılıq, əməliyyat xərcləri, istehsal texnologiyası və döyüş maşınının istifadəsinə taktiki yanaşmalar daxildir.
Qeyd edilib ki, rus tankları bütün bu meyarlarda yüksək performans nümayiş etdirir və hərəkətlilikdə üstünlük ümumi qiymətləndirmənin yalnız bir elementidir.
Bəxtiyar CƏFƏRLİ