AZ

Ursula fon der Leyenin Aİ büdcəsini ikiqat artırmaq planını tənqid edilib

Avropa Komissiyasının sədri Ursula fon der Leyen 2028-2034-cü illər üçün Avropa İttifaqı büdcəsini təxminən iki dəfə artıraraq 1,2 trilyon avrodan 2 trilyon avroya çatdırmağı təklif edib...

Poliqon xəbər verir ki, o, bunu pandemiyadan sonra borcları ödəmək, rəqabət qabiliyyətini artırmaq üçün fond yaratmaq (451 milyard avro) və Ukraynaya dəstəyi davam etdirmək (100 milyard avro) ehtiyacı ilə izah edir.

AK rəhbəri yeni vergilər, o cümlədən dövriyyəsi 100 milyon avro olan şirkətlər və tütün məmulatları hesabına əlavə vəsait əldə etmək istəyir.

Lakin fon der Leyenin təşəbbüsü xüsusilə Almaniya, Niderland və İsveçdə ciddi narazılıq yaradıb.

"Əgər Brüssel yeni pul istəsə, eyni zamanda idarəetmə xərclərini 118 milyarda çatdırmaq mümkün deyil. Əvvəlcə özünüzə qənaət edin, sonra isə ölkələr və bizneslərdən milyardlar tələb edin, deyə Almaniyanın Xristian Demokrat İttifaqından Bundestaqın üzvü Tilman Kuban deyib.

Avropa Vergi Ödəyiciləri İttifaqının nümayəndəsi Maykl Jagerin sözlərinə görə, Avropa Komissiyası pulu süngər kimi hopdurmaq istəyir..

Yalnız Yaşıllar Partiyasının üzvü Daniel Freund təşəbbüsü dəstəkləyib. O, Aİ büdcəsində mülayim artımın inflyasiyaya düzəlişdən daha çox şey olduğunu bildirib.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr