Gəncə şəhərində bıçaqlanan iki qardaşın vəziyyəti ilə bağlı TƏBİB açıqlama yayıb.
Moderator.az-a TƏBİB-dən verilən məlumata görə, 23.07.2025-ci tarixində saat 01:30 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlara budun açıq və döş qəfəsinin digər şöbələrinin açıq yaraları diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
09:42
Gəncə şəhərində iki qardaşın bıçaqlanması ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.
Moderator.az xəbər verir ki, Vüqar və Dilsuz Qazıyev qardaşlarını bıçaqlamaqda 2001-ci il təvəllüdlü Fərid Qurbanov şübhəli bilinir.
Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən F.Qurbanov Dilsuz Qazıyevin keçmiş qaynıdır. Hadisə isə şəhərin Gülüstan qəsəbəsindəki, istirahət parkının yaxınlığında baş verib
09:26
Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.
Moderator.az xəbər verir ki, 1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı - 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar.
Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Onları bıçaqlamaqda şübhəli bilinən 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.