AZ

Bu gecə zəif maqnit qasırğası qeydə alınıb VİDEO

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az xəbər verir ki, hava proqnozu üzrə “Fobos” mərkəzinin mütəxəssisi Mixail Leus öz Telegram-kanalında bununla bağlı paylaşım edib. “Maqnit qasırğasına iyulun 22-də axşam saatlarında planetimizə çatan və geomaqnit sahəsində narahatlıq yaradan günəş küləyi axınları səbəb olub. G1 tipli zəif maqnit qasırğası gecə yarısı ilə səhər saat 3 arasında müşahidə olunub”, - mütəxəssis vurğulayıb. Onun sözlərinə görə, Yerin geomaqnit sahəsində “təlatümlər” hələ də davam edir, lakin onlar maqnit qasırğası səviyyəsinə çatmır. Yerin maqnit sferasının 2 gündən çox olmayan müddətdə tarazlıqdan çıxması gözlənilir. Geomaqnit pozuntularının pik nöqtəsi iyulun 23-də baş verəcək.

Sahil İsgəndərov

AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
azvision.az

1Mənbələr