Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Fransa istehsalı olan Mirage-200 qırıcı təyyarəsi 22 iyul 2025-ci il axşam saatlarında qəzaya uğrayıb.
Ölkə.Az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd olunur ki, uçuş missiyası zamanı təyyarə avadanlığı sıradan çıxıb. Pilot problem barədə uçuş direktoruna məlumat verib.
"Sonra o, böhranlı vəziyyətlərdə tələb olunduğu kimi səriştəli hərəkət edib və uğurla özünü katapult edə bilib. Axtarış-xilasetmə qrupu pilotu tapıb, vəziyyəti stabildir. İtki yoxdur", - məlumatda deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rabitə şöbəsinin rəisi Yuri İqnatın sözlərinə görə, pilot qəza zamanı peşəkarcasına hərəkət edib təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdıra bilib, lakin təyyarəni xilas etmək mümkün olmayıb. “Təyyarəni xilas etmək onsuz da qeyri-mümkün idi, lakin pilot təyyarəni təhlükəsiz yerə, məskunlaşan ərazidən uzaq bir yerə yönəltmək üçün hər şeyi edib", - İqnat qeyd edib.
Hadisənin səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.
Qeyd edək ki, bu, Ukraynada Fransanın “Mirage-2000” qırıcısının itməsi ilə bağlı ilk məlum hadisədir.
Bu arada, təyyarəni havaya qaldıran pilotun videosu internetdə yayımlanıb.
Xatırladaq ki, bundan əvvəl 2025-ci il iyunun 29-na keçən gecə 1-ci dərəcəli pilot polkovnik-leytenant Maksim Ustimenko rus ordusunun növbəti kütləvi hücumunu dəf edərkən F-16 qırıcı ilə qəzaya uğrayıb.
Maksim Ustimenko qəza zamanı həyatını itirib.
Mürtəza