Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, liberal-Demokrat Partiyasının həmtəsisçisi Vladimir Jirinovski Cənubi Qafqazda vəziyyətin ağırlaşacağını proqnozlaşdırmışdı. Bu siyasətçinin peyğəmbərliyi "Çarqrad" portalının müəllifləri tərəfindən yenidən xatırlandı. Nəşrin iddiasına görə, Jirinovski bildirmişdi ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Qafqaza “zərbə endiriləcək”. “İrandan gələn qaçqınlar yalnız şimala doğru hərəkət edə bilər. Zərbə Cənubi Qafqaza olacaq, birbaşa yox. Milyonlarla qaçqın,” — portal Jirinovskini belə sitat gətirir. Siyasətçi Misir qaçqınlarının İtaliya və Fransadakı narahatlıqlarını nümunə göstərirdi.