Biznesmen Karen Karapetyan Ermənistan hökumətinə qarşı beynəlxalq arbitraj məhkəməsində qələbə qazanıb.
Teleqraf xəbər verir ki, bu barədə Karapetyanın vəkilləri məlumat veriblər.
İş üzrə mübahisə “Elektroseti Armenii” (Ermənistanın Elektrik Şəbəkələri) şirkətinin milliləşdirilməsi ilə bağlı olub. Məhkəmə Karapetyanın mövqeyini əsaslı sayaraq, onun hüquqlarının pozulduğunu tanıyıb.